Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, rəqib Moskva "Spartak"ının əvəzedci komandası olub.
Qarşılaşma Moskva təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qoluna penaltidən Baxışəli Baxışəliyev imza atıb.
Qeyd edək ki, yığmamız Antalyadakı ilk oyununda İsveçrənin "Qrasşopper" klubunun U-19 komandasını 3:2 hesabı ilə yenmişdi.
Fanat.az