İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası son oyununu keçirib. Fanat.az xəbər verir ki, 13-cü yer uğrunda oyunda millimizin rəqibi Fransa olub.
Oyun komandamızınp 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Futbolçularımızdan Sabir Allahquliyev, Asif Zeynalov və Hikmət Bağırov rəqib qapısına yol tapıb.
Fanat.az