Millimiz evdə uduzdu

Millimiz evdə uduzdu

Bu gün 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda ilk turun oyunu keçirilib. Fanat.az xəbər verir ki, , Bayıl stadionunda baş tutan oyunda Azərbaycan millisi ukraynalı həmyaşıdları ilə qarşılaşıb. 

Yığmamızın rəqib qapısına yol tapa bilmədiyi görüşdə yeganə qolun müəllifi Viktoriya Qolovaç olub. O, 64-cü dəqiqədə komandamızı məyus edib.

Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 15-də Danimarka yığma komandasına qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər