Millimiz DÇ-yə qələbə ilə başladı

Millimiz DÇ-yə qələbə ilə başladı

Bu gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatına start verilib. Fanat.az xəbər verir ki, 24 komandanın iştirakı ilə keçirilən mundialda Azərbaycan millisi ilk matçını keçirib.

Komandamızın rəqibi Yaponiya olub. Yvğmamız iki dəfə hesabda geri düşsə də, bərabərliyi təmin edib. "Tay-brek"də də uğurlu çıxış edən voleybolçularımız 3:2 hesablı qələbə qazanıb.

D qrupun digər oyununda Çin Puerto-Rikanı 3:0 hesabı ilə yenib. Hazırda bu qrupda daha bir oyun keçirilir və Kuba Belçikanı sınağa çəkir.

Qeyd edək ki, millimiz sabah Bakı vaxtı ilə saat 13.30-da Çinlə qarşılaşacaq.

DÇ-2014

İtaliya

D qrupu

 

23 sentyabr

Yaponiya - Azərbaycan 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər