AFFA dünya çempionatının iştirakçısı olacaq ölkələrdən birinə təklif göndərib. Fanat.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, yığmanın mayda güclü komanda ilə qarşılaşmasını istəyirlər. Bu məqsədlə DÇ-2014-ə vəsiqə qazanmış yığmalardan birinə təklif göndəriblər: "Bizim üçün əsas məsələ mayda güclü bir komanda ilə qarşılaşmaqdı. Bu məsələ 2-3 həftəyə dəqiqləşəcək. Böyük ehtimalla, dünya çempionatında iştirak edəcək bir yığma ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin komandanın adını yaxın vaxtlarda biləcəksiniz".
Fanat.az