Millimiz Avstriya klubunu uddu

Millimiz Avstriya klubunu uddu

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, "Kapfenberq" (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.

Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmerinq" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər