Millimiz almanlarla sülh bağladı

Millimiz almanlarla sülh bağladı

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib. Fanat.az xəbər verir ki, "Maynts Qonsenheym" klubunun U-17 komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz Frankfurtdakı ilk oyununu Almaniyanın "Vehen" klubunun U-17 komandasına qarşı keçirmiş və 2:1 hesablı qələbə qazanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər