Milli komandamız Avropa çempionatının seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə görüşlərinə hazırlıq məqsədilə ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Fanat.az xəbər verir ki, yığmamız Almaniyaya gedəcək.
Oktyabrın 2-də gecəyarısı Frankfurta yollanacaq Berti Foqtsun rəhbərlik etdiyi komandamız ayın 8-dək hazırlıq keçəcək. Bundan sonra milli çarter reysi ilə Palermoya uçacaq.
Qeyd edək ki, millimiz oktyabrın 10-da Palermoda İtaliyanın qonağı olacaq. Bundan 3 gün sonra isə Osiyekdə Xorvatiya ilə görüşəcək.
Fanat.az