Milli komandamızın heyəti açıqlandı

Milli komandamızın heyəti açıqlandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, Faiq Qarayev İtaliyaya aparacağı 15 voleybolçunu müəyyənləşdirib.
Baş məşqçi ilkin heyətdən 4 nəfəri kənarlaşdırıb. Belə ki, "Azərreyl"in üzvləri Şəfaqət Həbibova, İrina Makarenko, Leyla Parşkova və "Lokomotiv"dən Ülkər Kərimova dünya çempionatında iştirak etməyəcək.
Adı siyahıya salınanlar bunlardı: Oksana Parxomenko, Kristina Yaqubova, Natəvan Qasımova, Kseniya Kovalenko, Ayşən Abduləzimova, Aynur Kərimova, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelena Parxomenko, Polina Rəhimova, Yekaterina Jidkova, Yana Ağayeva, Ceyran Əliyeva, Oksana Kiselyova.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq. Milli komandamız Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər