Milli komandamızın dəyəri müəyyənləşib. Fanat.az-ın transfermarkt.de-nin futbolçularımıza qoyduğu qiymətlərə əsasən apardığı hesablamalara görə, yığmamızın ümumi dəyəri 6 milyon 800 min avrodu.
Komandamızın ən dəyərli futbolçusu Cihan Özkaradı. "Sivasspor"un əsas heyətinə düşməkdə çətinlik çəkən milliləşdirilmiş forvarda 900 min avro qiymət qoyulub. Cihan slon dövrlər dəyərini 300 min avro artıraraq yığmamızın ən dəyərli üzvünə çevirilib.
Siyahının 2-ci pillələrini Dmitri Nazarovla Rəşad Sadıqov tutur. "Karlsruher"in hücumçusu və "Qarabağ"ın kapitanının 650 min avro qiyməti var.
Yığmaya dəvət alan ən ucuz futbolçu Emil Balayevdi. "Neftçi"nin qapıçısına 25 min avro qiymət qoyulub.
Qeyd edək ki, transfermarkt.de Bədavi Hüseynovla İlkin Qırtımova qiymət qoymayıb.
| Əsas heyət | |||
| № | Futbolçu | Dəyəri (avro) | |
| 1 | Cihan Özkara | 900.000 | |
| 2 | Dmitri Nazarov | 650.000 | |
| 3 | Rəşad Sadıqov | 650.000 | |
| 4 | Kamran Ağayev | 500.000 | |
| 5 | Rahid Əmirquliyev | 500.000 | |
| 6 | Mahir Şükürov | 400.000 | |
| 7 | Ruslan Abışov | 400.000 | |
| 8 | Rasim Ramaldanov | 400.000 | |
| 9 | Səlahət Ağayev | 350.000 | |
| 10 | Cavid Hüseynov | 300.000 | |
| 11 | Vüqar Nadirov | 300.000 | |
| 12 | Vaqif Cavadov | 300.000 | |
| 13 | Araz Abdullayev | 200.000 | |
| 14 | Ufuk Budak | 200.000 | |
| 15 | Rauf Əliyev | 200.000 | |
| 16 | Ruslan Əmircanov | 200.000 | |
| 17 | Qara Qarayev | 150.000 | |
| 18 | Elvin Yunuszadə | 100.000 | |
| 19 | Rüfət Dadaşov | 75.000 | |
| 20 | Emil Balayev | 25.000 | |
| 21 | Bədavi Hüseynov | qiymətsiz | |
| 22 | İlkin Qırtımov | qiymətsiz | |
| Cəmi | 6.800.000 | ||
| Ehtiyat oyunçular | |||
| № | Futbolçu | Dəyəri (avro) | |
| 1 | Tuğrul Erat | 400 | |
| 2 | Elnur Allahverdiyev | 250 | |
| 3 | Abdulla Abasıyev | 200 | |
| 4 | Ali Gökdemir | 150 | |
| 5 | Ağabala Ramazanov | 150 | |
| 6 | Taşkın İlter | 75 | |
| Cəmi | 1.225.000 | ||
Fanat.az