Avropanın milli çempionatlarında çıxış edən klubların futbolçuların qoyulmuş qiymətlərə əsasən birinciliklərin dəyəri müəyyənləşib. Fanat.az xəbər verir ki, transfermarkt.de qış transfer dövründən sonr çempionatların qiymətlərini yeniləyib.
Azərbaycan Premyer Liqası siyahının 29-cu pilləsində qərarlaşıb. Çempionatımıza 61 milyon 550 min avro qiymət qoyulub. Premyer Liqa post-sovet məkanı ölkələri arasında Rusiya, Ukrayna və Belarusdan geri qalıb, Qazaxıstan, Gürcüstan, Moldova, Ermənistan, Litva, Latviya və Estoniyanı qabaqlayıb.
49 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir - 3 milyard 545 milyon 750 min avro. 2 milyard 543 milyon 800 min avro dəyəri olan İspaniya La Liqası ikinci pilləni tutub. İlk "üçlüy"ü İtaliya A Seriyası qapayır - 2 milyard 377 milyon 875 min avro.
1. İngiltərə - 3.545.750.000 €
2. İspaniya - 2.543.800.000 €
3. İtaliya - 2.377.875.000 €
4. Almaniya - 2.208.500.000 €
5. Fransa - 1.560.450.000 €
6. Rusiya - 1.118.400.000 €
7. Türkiyə - 938.150.000 €
8. Portuqaliya - 780.300.000 €
9. Ukrayna - 652.425.000 €
10. Hollandiya - 562.425.000 €
11. Belçika - 461.075.000 €
12. Yunanıstan - 307.250.000 €
13. Rumıniya - 239.225.000 €
14. İsveçrə - 184.975.000 €
15. Avstriya - 154.225.000 €
16. Bolqarıstan - 154.075.000 €
17. Polşa - 153.550.000 €
18. Norveç - 152.975.000 €
19. Çexiya - 151.500.000 €
20. Danimarka - 148.225.000 €
21. Serbiya - 146.050.000 €
22. Şotlandiya - 133.675.000 €
23. Xorvatiya - 130.200.000 €
24. İsveç - 113.175.000 €
25. İsrail - 105.525.000 €
26. Macarıstan - 103.625.000 €
27. Cənubi Kipr - 103.175.000 €
28. Belarus - 67.600.000 €
29. Azərbaycan - 61.550.000 €
30. Qazaxıstan - 61.500.000 €
31. Sloveniya - 59.425.000 €
32. Bosniya və Hersoqovina - 53.600.000 €
33. Slovakiya - 51.875.000 €
34. Gürcüstan - 41.325.000 €
35. Makedoniya - 39.150.000 €
36. Finlandiya - 35.250.000 €
37. Albaniya - 32.525.000 €
38. Moldova - 30.000.000 €
39. Ermənistan - 27.725.000 €
40. Litva - 21.600.000 €
41. Latviya - 21.300.000 €
42. Estoniya - 18.150.000 €
43. Malta - 17.425.000 €
44. Lüksemburq - 14.625.000 €
45. İrlandiya - 13.582.500 €
46. İslandiya - 12.500.000 €
47. Uels - 6.575.000 €
48. Şimali İrlandiya - 5.850.000 €
49. Farer adaları - 2.725.000 €
Fanat.az