Milinko Pantiç "Qarabağ"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi Qurban Qurbanovun "Bakı” avrokuboklar uğrunda mübarizə aparır, lakin futbolçuları yerə yıxılıb vaxt uzadırdı" sözləri ilə razılaşmayıb:
"Oyundan razı qaldım, çempionatın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” gələcək çempiondu. Buna baxmayaraq, rəqib qol imkanı yarada bilmədi. Əsas heyətimizin bir neçə oyunçusu bu gün yox idi, bəlkə də, bu, nəticəyə təsir etdi. Hər şey başqa cür ola bilərdi. Oyunda qol da vurduq, lakin epizod oyundankənar vəziyyət kimi qeydə alındı. Hakimlərə irad bildirməyəcəm. Komandamızdakı problemlər yavaş-yavaş həll olunur. Mən Qurban Qurbanovla razı deyiləm. Yəqin Qurbanov oyuna yaxşı baxmayıb. Biz əsl, yaxşı futbol oynadıq. Təmioz qol da vurduq, ancaq, hakimlər qeydə almadı".
Fanat.az