Milinko Pantiç "Xəzər Lənkəran"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi hakimlərdən razı qalıb:
"Çox maraqlı və gəirgin oyun keçdi. Qalib gəldiyimiz üçün şadam, buna görə komandaya minnətdaram. “Xəzər Lənkəran” maraqlı oyun göstərdi, yeni məşqçisi, yaxşı komandaları var. Gələcək oyunlarda uğurlar arzulayıram. Hakimlər oyunu yaxşı idarə etdi".
Fanat.az