Milinko Pantiç: "Bizim üçün çempionat indi başlayır"

Milinko Pantiç: "Bizim üçün çempionat indi başlayır"

"Neftçi"ni məğlub etdikdən sonra hamımız sevincli olmalıyıq. Yaxşı oyun göstərdik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan (2:0) "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib.

Serb mütəxəssis "Neftçi"nin hücum futbolu oynayacağını gözləmirmiş: "İlk hissənin əvvəlində rəqib hücuma atıldı. “Neftçi”nin bu qədər hücumameylli oynayacağını gözləmirdim. Fasilədə komandaya səbrlə oynamağı tapşırdım, qol vuracağıq dedim. İkinci hissədə fərqli oyun gördük, qalib gəldik". 

Pantiç "Xəzər Lənkəran"la oyuna da 3 xal üçün çıxacaqlarını bildirib: "Bizim üçün çempionat indi başlayır. “Neftçi” ilə xal fərqimizi azaltdıq. Hər şəey hələ qabaqdadı. “Xəzər Lənkəran”la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bu qələbə növbəti oyunlara köklənmək üçün bizə çox kömək edəcək". 

Baş məşqçi hakimlərə təşəkkür edib: "Hakimə meydanda kömək etmək lazımdı, futbolçulara hakimlə mübahisə etməməyi tapşırmışdım. Gözəl oyuna görə hakimləri də təbrik edirəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər