Apreldə Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Fanat.az xəbər verir ki, artıq yarışın bütün iştirakçıları bəllidi.
“Synergy Group”un dəstəyi ilə təşkil olunacaq yarışın A turnirində 6 qrossmeyster mübarizə aparacaq. Aparılan danışıqlardan sonra Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ) və Sergey Karyakin (Rusiya) yarışda iştirak edəcəyini təsdiqləyib. Azərbaycan “A” turnirində Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov təmsil edəcək. Əsas turnirin mükafat fondu 100 min avro olacaq.
B turnirində 10 şahmatçı yarışacaq. Onlardan 5-i Azərbaycan qrossmeysterləri olacaq. Yarışın açılış mərasimi aprelin 19-da olacaq. Turnir 30 apreldə yekunlaşacaq.
Fanat.az