Məşhur qəzet Qurban Qurbanovla danışdı

Məşhur qəzet Qurban Qurbanovla danışdı
“Qarabağ” Avropa Liqasının II turunda dünya nəhəngi “İnter”lə qarşılaşacaq.Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın Avroliqada qrup mərhələsinə yüksəlməsi İtalyanın məşhur “La Gazetta  dello Sport” nəşrinin də diqqətini çəkib.
Dünyaca tanınmış qəzetin əməkdaşları “Qarabağ”ın  məskunlaşdığı otelə gələrək baş məşqçi Qurban Qurbanovdan geniş müsahibə götürüblər. Qarabağ həqiqətləri, “Qarabağ”ın uğurları və tarixi haqqında baş məşqçi ilə danışan italyanlar “İnter”lə görüş barəsində də məlumat toplayıblar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər