Məşhur boksçu bukmeykerdən 1,4 milyon qazandı - FOTOLAR

Məşhur boksçu bukmeykerdən 1,4 milyon qazandı - FOTOLAR
Məşhur boksçu Floid Mayveater bukmeyker katorundan böyük məbləğdə pul udub. Fanat.az xəbər verir ki, o, qazandığı kuponu "Instagram" səhifəsində paylaşıb.
Mayveater Amerikan Futbol Liqasının (NFL) "İndianapolis Kolts" - "Yaksonville Jaquar" oyununa pul qoyuluşu edib. O, sentyabrın 21-də keçirilən matça 720 min dollar pul qoyub və 1 milyon 405 min 714 dollar qazanıb.
O, iyulun 10-da başqa bir kupona 220 min dollar pul qoyuluşu etmiş və 220 min dollar qazanmışdı.
Qeyd edək ki, "Forbes" dərgisi Floidi dünyanın ən çox qazanan boksçusu elan edib. Onun illik qazancı 105 milyon dollardı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər