Boks əfsanəsi Məhəmməd Əlinin oğlu atası ilə görüşə bilməməsindən şikayətlənir. Fanat.az xəbər verir ki, boksçunun öz adını daşıyan 41 yaşlı oğlu atasının 4-cü arvadının - analığının onların görüşünə hər dəfə müxtəlif bəhanələrlə mane olduğunu deyib.
Əfsanəvi boksçunun oğlu yoxsulların yaşadığı məhəllədə məskunlaşıb. O, analığınının atasıyla telefonla danışamasına belə izin vermədiyini bildirib: "Problemləri başlayanda atam tez Lonnie ilə evləndi. Bundan sonra artıq biz onu görə bilmədik. Onun öz qardaşını belə görməsi mümkün deyil, səbəbi Lonniedi. Mən atama 72-ci yaş günü zəng etməyə çalışdım. Lakin cavab vermədi. Ona zəng edən zaman arvadı deyir ya duşdadı, ya terapiyadadı, ya da yatır. O qadın hər cür vasitələrlə bizim görüşümüzə mane olur. Lonnie atamızı əlimizdən aldı. Atam indi məni görmək, mənimlə danışmaq istəmir. Çünki Lonnie mənim haqda atama yalan sözlər danışıb. Atam ağır parkinson xəstəsidi. Onunla bir az vaxt keçirmək istəyirəm, amma qoymurlar".
Qeyd edək ki, Məhəmməd Əlinin 7 qızı, Məhəmməd Əli və Əssəd adlı iki oğlu var. Onun qızı Leyla Əli də atası kimi boksçudu.
Fanat.az