"Xəzər Lənkəran” klubunun 5 əməkdaşı işindən kənarlaşdırılıb. Fanat.az xəbər verir ki, bu barədə Topaz Premyer Liqasının IV turunda "İnter"lə oyundan sonra (1:0) klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bildirib.
Klub sözçüsü komandanın rәisi Sәmәd Mustafayev, onun kömәkçisi Qulam Quliyev, menecer Mario Souza və "Xəzər Lənkəran"ın hücumçusu Mbilla Etame ilə işbirliyinə son qoyulduğunu söyləyib.
Bu qərar klub rəhbərliyi tərəfindən komandanın uğursuz çıxışı ilə əlaqədar qəbul olunub.
Fanat.az