AZAL-la oyunda zədə alan “Xəzər Lənkəran”ın aparıcı futbolçusu Mbilla Etame hələ də normal hərəkət edə bilmir. Fanat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Etame hələ məşq etməyə hazr deyil. Ehtimal olunur ki, hücumçu “İnter”ə qarşı ev oyununda meydançaya çıxmaya bilər.
Ümumi götürsək, AZAL-la oyundan sonra “Xəzər Lənkəran”da əhval-ruhiyyə də yaxşı deyil. Yəni Mustafa Dənizli komandasını oyuna hazırlamaqla yanaşı, psixoloji durumu da qaydasına salmalıdı.
futbol11.az