Transfer pəncərəsinin son günlərində "Xəzər Lənkəran"dan ayrılan Mbilla Etamenin "Samsunspor"a keçməsi barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, kamerunlu futbolçu bu gün günorta saatlarında Samsuna yollanıb.
Klubun bazasına yollanan Mbilla rəhbər şəxslərlə görüşüb. Daha sonra isə "Samsunspor" yeni transferləri - Mbilla Etame, Mustafa Sevgi və Talha Mayhoşu mətbuata təqdim edib. Təqdimat mərasimində çıxış edən prezident Emin Kar bunları deyib: "Bu futbolçuların istedadına və səviyyəsinə şübhəmiz yoxdu. Onların komandanın gücünə güc qatacağına inanırıq".
Mətbuat konfransında Etame də çıxış edib: "Bundan əvvəl 5 il Türkiyədə çıxış etmişəm, çox qollar vurmuşam. "Samsunspor"da da qollarımı davam etdirəcəm".
Fanat.az