Mbilla 9-a çatmaqla...

Mbilla 9-a çatmaqla...

“Xəzər Lənkəran” 2014-cü ildə ilk ev qələbəsini qazandı. Fanat.az  klubun saytına istinadən xəbər verir ki, ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxmış komanda həmin görüşlərdə qalib gələ bilməmişdi.

Bu il “Neftçi” (2:2) və “İnter”lə heç-heçə (1:1) etmiş, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə məğlub olmuş Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdi.

4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.

Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbillanın qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdı. Sonuncu dəfə komandanın 9 və daha çox qol vurmuş oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.

Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidi.

 

Fanat.az          

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər