Mahirlə Umut oynadı, qalib gələn olmadı

Mahirlə Umut oynadı, qalib gələn olmadı
Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" Umut Sönmezin forma geyindiyi "Orduspor"un qonağı olub.
Matç 0:0 hesabı ilə başa çatıb. Hər iki futbolçu start heyətində yer alıb. Mahir 90 dəqiqə oynayıb, Umut 79-cu dəqiqədə Ali Güzeldal tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Karşıyaka" 5 oyunda 5 xal qazanıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Orduspor" isə 4 xalla 17-ci pilləni tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər