Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Altay"ı qəbul edib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. "Altay" 4:3 (ümumi hesab 5:4) hesablı qələbə qazanaraq mərhələ keçib.
Mahir Şükürov start heyətində yer alıb. Millimizin üzvü 120 dəqiqə oynayıb. Mahir komandasının 4-cü penaltisini vurub və zərbəsi dəqiq olub.
Fanat.az