Lukaş Tresnak rəsmən "Simurq"da

Lukaş Tresnak rəsmən "Simurq"da
Transfer çalışmalarını davam etdirən "Simurq" hücum xəttini gücləndirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu Sloveniya toplanışı zamanı baxışdan keçirdiyi və iki qarşılaşmada fərqlənməyi bacaran Lukaş Tresnakla 1+1 sistemi əsasında rəsmi müqavilə bağlayıb. 
26 yaşlı gənc futbolçu "Simurq"un təmsilçisinin heyətində "9" nömrəli forma geyinəcək. "Neftçi" ilə oyunda baş məşqçi Georgi Çixradze şans versə, yeni transfer meydana çıxa biləcək. 
Qeyd edək ki, Tresnakın son iş yeri Çexiyanın "Yablonets" klubu olub. O, 2011-ci ildən çıxış etdiyi komandada 112 oyunda 14 qol vurub. 26 yaşlı forvard Praqa "Spartak"ının yetirməsidi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər