Fransa Liqa 1-də VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub və "Bordu" "Evyan"ı 2:1 hesabı ilə yenib.
İkinci oyun günündə 5 qarşılaşma baş tutub. Marsel "Olimpik"i "Renn"i 3:0 hesabı ilə üstələyib. "Mets" "Bastiya"nı 3:1, "Nant" "Nitsa"nı 2:1, "Reyms" "Loryan"ı 1:0 hesabı ilə məğlub edib. "Tuluza" - "Kan" matçı isə 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun 4 oyunu bu gün, biri sertyabrın 23-də keçiriləcək.
Fanat.az