Lippert gedə-getdə İsraili "vurdu": 7 qolun intiqamı

Lippert gedə-getdə İsraili "vurdu": 7 qolun intiqamı
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Fanat.az xəbər verir ki, Azərbaycan yığması İsrail millisini qəbul qəbul edib.
Hesabı 22-ci dəqiqədə Ağabala Ramazanov açıb. 9 dəqiqə sonra Rəhman Hacıyev fərqlənib. Hücumlarını davam etdirən millimiz 87-ci dəqiqədə darmadağını rəsmiləşdirib. Bu dəfə də Rəhman Hacıyev fərqlənib və millimiz 3:0 hesablı qələbə qazanıb. Bununla da futbolçularımız İsraildən 2:7 hesablı məğlubiyyətin əvəzini çıxıb.
Bu milli komandamızın AVRO-2015-in seçmə mərhələsi çərçivəsində 7-ci oyunu olub. 2 qələbə qazanıb, 1 heç-heçə edən və 4 dəfə məğlub olan yığmamızın aktivində 7 xal var. Millimiz Norveçi məğlub edib (3:1), Makedoniya ilə sülh bağlayıb (0:0). Digər 4 oyunda isə İsrailə (2:7), Portuqaliyaya (0:2), Makedoniyaya (0:1) və Norveçə (0:1) uduzub. Komandamız son oyununu sentyabrın 9-da Portuqaliyaya qarşı keçirəcək. 
Qeyd edək ki, U-21-in baş məşqçisi Bernhard Lippert millimizdən istefa verəcəyini bildirib. İsrail və Portuqaliya ilə matçlar onun U-21-dəki son işi olacaq.
AVRO-2015
Seçmə mərhələ
3 sentyabr
Azərbaycan - İsrail 3:0
Qollar: Ağabala Ramazanov, 22. Rəhman Hacıyev, 31; 87.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Tərlan Quliyev (k), 4. Ürfan Abbasov, 5. Şəhriyar Əliyev, 7. İlter Taşkın, 9. Ağabala Ramazanov (17. Rəşad Eyyubov, 83), 10. Abdulla Abatsiyev, 11. Toğrul Erat (18. Vadim Abdullayev, 71), 19. Rəhman Hacıyev, 15. Namiq Ələsgərov (16. Samir Məsimov, 79), 20. Azər Salahlı.
Ehtiyat oyunçular: 12. Maksim Vaylo, 13. Bəxtiyar Həsənalızadə, 14. Məhəmməd Qurbanov, 23. Məqsəd İsayev.
Baş məşqçi: Bernard Lippert.
İsrail: 1. Barak Levi, 2. Eliazer Dasa (k) (21. Dia Seba, 76), 4. Edi Qotleb, 5. Ben Vahaba, 8. Ofir Mizraxi (17. Lidor Kohen, 53), 9. Kennet Sayef (11. Şahar Hirş, 46), 10. Munas Dabbur, 13. Taleb Tvatha, 14. Qadi Kinda, 15. Dor Mixa, 19. Roy Kihat.
Ehtiyat oyunçular: 18. Ram Straus, 6. Ben Reyxert, 7. Ahed Azam, 20. Tal Xila.
Baş məşqçi: Mixail Nees.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 24. Şahrudin Məhəmmədəliyev, 69.
Hakimlər: Andris Treymanis, Aleksey Spasionikov, Raymonds Tatriks, Vitali Spasionnikov (Latviya).
Hakim-inspektor: Konrad Plautz (Avstriya).
UEFA nümayəndəsi: Volf Günter Vizel (Almaniya).
Bakı. "Dalğa Arena".

№

Komanda

O

Q

H/H

M

T/F

X

1

Portuqaliya

6

6

0

0

17-4

18

2

İsrail

7

4

0

3

20-14

12

3

Norveç

7

3

0

4

10-17

9

4

Azərbaycan

7

2

1

4

8-12

7

5

Makedoniya

7

1

1

5

3-11

4

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər