Linkolnun yeni klubu müəyyənləşdi

Linkolnun yeni klubu müəyyənləşdi
Avropada "Kayzerslautern", "Şalke 04" və "Qalatasaray"ın formasını geyinmiş Kassio Linkolnun yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. Belə ki, "Koritiba" onu "Bahya"ya icarəyə verib. 
Qeyd edək ki, 2001-ci ildə "Atletiko Mineyro"dan "Kayzerslautern"ə gələn futbolçu daha sonra "Şalke 04" və "Qalatasaray"da çıxış edib. O, 2009-cu ildə vətəninə döndükdən sonra "Palmeyras", "Avay" və "Koritiba"nın formasını geyinib. Linkoln Almaniya Kubokunu, İntertoto Kubokunu, Türkiyə çempionluğunu və Kubokunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər