Ölkə xaricində çıxış edən futbolçularımıza qiymət qoyulub. Fanat.az transfermarkt.de saytına istinadən xəbər verir ki, ən dəyərli futbolçumuz Cihan Özkaradı.
"Sivasspor"un forvarının 900 min avro qiyməti var. Cihan slon dövrlər dəyərini 300 min avro artıraraq ən dəyərli legionerimizə çevirilib.
Onu 650 min avro qiymətlə "Karlsruher"in forvardı Dmitri Nazarov izləyir. "Dənizlispor"a qayıdan Rail Məlikovla Berti Foqtsun Özbəktistan matçına çağırdığı Emin Nuriyə 500 min avro qiymət qoyulub.
| № | Futbolçu | Dəyəri (avro) |
| 1 | Cihan Özkara | 900 |
| 2 | Dmitri Nazarov | 650 |
| 3 | Rail Məlikov | 500 |
| 4 | Emin Nuri | 500 |
| 5 | Tuğrul Erat | 400 |
| 6 | Mahir Şükürov | 400 |
| 7 | Vaqif Cavadov | 300 |
| 8 | Branimir Subaşiç | 300 |
| 9 | Ufuk Budak | 200 |
| 10 | Timur Təməltaş | 125 |
| 11 | Ayaz Mehdiyev | 100 |
| 12 | Rəhman Hacıyev | 100 |
| 13 | Umut Sönməz | 75 |
| 14 | Taşkın İlter | 75 |
| 15 | Rüfət Dadaşov | 75 |
Fanat.az