Avropada keçirilməli olan 3 matç baş tutmayıb. Fanat.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti səbəb olub.
Fransa Liqa 1-də "Bordo" - "Loryan" matçı təxirə salınıb. Şəhərə bir neçə gündü yağan aramsız yağış matçın keçiriləcəyi arenanın ot örtüyünü yararsız hala saldığından Fransa Futbol Federasiyası belə bir qərar verib.
Portuqaliyada "Benfika" - "Sportinq" matçına külək mane olub. Belə ki, güclü külək küçədəki bütün zibilləri yağış kimi stadionun içinə yağdırdığından oyun yarımçıq dayandırılıb. Matç fevral 11-də keçiriləcək.
Xorvatiyada isə lider "Dinamo" ilə üçüncü pillədə qərarlaşmış "Rieka"nın oyunu baş tutmayıb. Bu oyunun təxirə salınmasına da aramsız yağışın ot örtüyünü bərbad vəziyyətə salması səbəb olub. Qarşılaşma fevralın 26-da keçiriləcək.
Fanat.az