Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün bu mərhələnin cavab oyunları keçirilib və yarımfinalçılar müəyyənləşib.
Gözlənilmədən "Bakı"nı mübarizədən kənarlaşdıran "Rəvan" digər paytaxt təmsilçisi, kubokun hazırkı sahibi "Neftçi"yə rəqib olub. "Qarabağ"ı yenən Yuri Syominli "Qəbələ" isə Mustafa Dənizlinin başçılıq etdiyi "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları aprelin 16-da, cavab qarşılaşmaları 24-də baş tutacaqö Kubokun final matçı isə mayın 22-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal
16-24 aprel
16 aprel
Neftçi - Rəvan
Qəbələ - Xəzər Lənkəran
24 aprel
Rəvan - Neftçi
Xəzər Lənkəran - Qəbələ
Fanat.az