FIFA-nın yanvar ayında milli komanda və klub səviyyəsində yoldaşlıq oyunları keçirməyə icazə verdiyi Kosovanın ilk rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə Kosova Futbol Federasiyasının prezidenti Bekim Haxiu məlumat verib.
Feredarsiya rəsmisi bildirib ki, yığma martın 5-də Haitini qəbul edəcək. Qarşılaşma ölkənin şimalındakı Mitrovitsa şəhərindəki Adem Yaşari stadionunda baş tutacaq.
Qeyd edək ki, yanvarın 13-də FIFA İcraiyyə Komitəsininü üzvləri Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karaciç və Kosova Futbol Federasiyasının prezidenti Fadil Vokri arasında görüş keçirilib. Bundan sonra isə Kosova komandalarının yoldaşlıq oyunları keçirməsinə icazə verilib. Lakin bəzi qadağalar qoyulub. Belə ki, Kosova komandaları keçmiş Yuqoslaviya ölkələrini təmsil edən komandalarla oynamamalı, formalarında ölkə bayrağı olmamalı və oyunlarda dövlət himni oxunmamalıdı.
Fanat.az