Komanda yoldaşları dalaşdı, rəqibi alqışladılar

Komanda yoldaşları dalaşdı, rəqibi alqışladılar

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində bu gün keçirilən “Qəbələ” – “Rəvan” matçında maraqlı olaylar yaşanıb. Fanat.az xəbər verir ki, 0:0 hesabıyla başa çatan görüşün 56-cı dəqiqəsində Dodoyla Elnur Allahverdiyev arasında insident yaşanıb. Komanda yoldaşlarının əlbəyaxa olmasına isə digər “Qəbələ”li Leonardo mane olub.

Bundan başqa, görüşün sonlarına yaxın yerli azarkeşlər Yuri Syomini istefaya səsləyib. Tərəfdarların “Rəvan” buraya, əllər havaya” çağırışıyla rəqibi alqışlara qonaq etdiyini də bildirək.

Xatırladaq ki, Bakı təmsilçisinin qapıçısı Lukaş Sapela sözügedən oyunda 2 penalti dəf etməklə matçın qəhrəmanına çevrilib. Lakin onun ikinci 11 metrlik cərimə zərbəsini zərərsizləşdirəndən sonra etdiyi ədəbsiz jest meydandan qovulmasıyla nəticələnib.

 

Fanat.az  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər