Bu gün Avroliqanın 1/16 final mərhələsində “Anji” ilə qarşılaşacaq Belçikanın “Genk” komandası Moskvaya gəlib. Fanat.az xəbər verir ki, klubun kommersiya direktoru Stefan Poelmans “Genk”in büdcəsindən danışıb.
Kommersiya direktoru Belçikanın adlı-sanlı klubunun cəmisi 18 milyon avroluq büdcəyə sahib olduğunu bildirib.
“Genk” bu büdcə ilə Kiyev “Dinamo”sunun yer aldığı qrupda 1-ci pilləni tutaraq 1/16 finala yüksəlib. Hələ bu harasıdı, Belçika klubu bu büdcə ilə saysız-hesabsız sosial layihələr də dəstək verir. Bu barədə də kommersiya direktoru məlumat verib.
Qeyd edək ki, Azərbyacan klublarının əksəriyyətinin büdcəsi “Genk”in büdcəsi qədərdi. Ancaq bizim klublar nəinki Avroliqanın 1/16 final mərhələsinə yüksəlir, heç sosial layihələrdə də iştirak etmirlər. Bəs bunlar bu qədər pulu neynirlər?
Fanat.az