Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi dəyişikliyi reallaşıb. Fanat.az xəbər verir ki, "Gənclərbirliyi"nin prezidenti İlhan Cavcav baş məşrçi Mustafa Kaplanı qovub.
İlk turda "Çaykur Rizəspor"la heç-heçə edən (1:1) "Gənclərbirliyi" dünən evdə "Bursaspor"a yenilib - 1:2. Klub prezidenti Mustafa Kaplanı komandadan kənarlaşdırıb.
İlhan Cavcav gələn tur komandanı özü meydana çıxaracağını bildirib: "Mustafa Kaplanı işdən kənarlaşdırdım. Komandanı gələn tur özüm meydana çıxaracam".
Fanat.az