Kim oxuyacaq? Mən oxuyacam?

Kim oxuyacaq? Mən oxuyacam?

Yığma komandamız Rusiyada böyük hesabla məğlub oldu. Bu, faciədi? Zənnimcə, yox. Çünki yoxlama oyununda uduzmaqla dünyanın axırı olmur...

Niyə uduzduq? Çox sayda səbəb göstərmək fikrim yoxdu. Cəmi ikisi kifayət edər. Əvvəla, Rusiya dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə etdiyi halda (dəxli yoxdu orada necə çıxış etdilər), Azərbaycan qrup 4-cüsü olmaq uğrunda savaşırdı. Azərbaycan yığmasının səfər sindromu olub, var, olacaq da!

Bax bu iki amil kifayət edir ki, millimizin dünənki məğlubiyyətini faciəyə çevirməyək.

Ancaq Rusiyaya məğlubiyyətin digər üzü də var. Millimizin aparıcı simalarından olan Vaqif Cavadov komandanın Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacağını bildirib. Bu, "svejiy" açıqlamadı. Ondan əvvəl bu sözləri AFFA məmurları da işlədib, millinin baş məşqçisi Berti Foqts da. 

Adamın "Bəxtiyar" filmindəki ifadə yadına düşür: "Kim oxuyacaq? Mən oxuyacam?". Sizcə İtaliya Rusiyadan zəifdi? Bəs Xorvatiya necə, bu yığmanı səfərdə uda bilərik? Elə sualları yazarkən mən də gülməyə başladım. 

Deməli pafoslu açıqlamalar verməkdənsə düşünmək lazımdı: "Kim oynaycaq? Mən oynayacam?".

... Qarşıdan Bolqarıstanla oyun gəlir. Qrup favoritlərindən sayılmayan bolqarları məğlub edə bilərik. Rəhmətlik Yaşar Nuri demiş: "Hə, noolsun"?

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər