Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi futbolçularının fərdi ustalığının yetərincə olmadığını deyib:
“Oyun yaxşı keçdi. Təəssüf ki, qol vura bilmədik. İki oyunun nəticəsinə görə məğlub olduq. İlk oyunda “Neftçi”nin qapısına 12 zərbə endirdik, ondan biri qol oldu. Bu gün isə o qədər qol imkanımız olmadı. "Nə etmək olar? Futbolçularımın fərdi ustalığı çatmadı".
Qeyd edək ki, "Neftçi" və "İnter" arasındakı hər iki oyun heç-heçə başa çatıb - 1:1, 0:0. "Neftçi" səfər qolu sayəsində yarımfinala çıxıb.
Fanat.az