Rusiya Futbol İttifaqı (RFİ) Nikolay Tolstıxın yenidən bu quruma prezident seçiləcəyi təqdirdə Fabio Kapellonun bu ölkənin yığmasının baş məşqçisi vəzifəsindən istefa verəcəyi ilə bağlı informasiyaya münasibət bildirməkdən boyun qaçırıb. Fanat.az xəbər verir ki, RFİ-nin mətbuat xidməti Kapello ilə bağlı məlumatları şərh etməyəcəklərini bildirib.
Qeyd edək ki, Rusiya mətbuatı Kapellonun məvacibini verə bilməyən RFİ rəhbərliyində dəyişiklik baş verməyəcəyi təqdirdə italyan mütəxəssisin bu ölkənin yığmasından imtina edəcəyini yazıb.
Fanat.az