"Sürətli oynamağa çalışırdıq. Gənclərin oynaması, hər iki komandanın zədə üzündən heç kimi itirməməsi yaxşı oldu. Bu arenada ot örtüyü yaxşıdı". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan (4:0) sonra Rusiya millisinin baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı mütəxəssis şans verdiyi gəncləri tərifləyib: "Gənclərin komandaya nə verə biləcəyini bilirəm. Gənc uşaqlar meydanda ilk dəfə çıxış edirdilər. Onların debütü vacib idi. Bu gün gördüm ki, onların gələcəyi var. Kerjakov haqda danışmaq istəmirəm. Kokorin çempionatda pis oynayırdı. O, diskvalifikasiya olunduğu üçün meydana buraxmadım. Buna görə də, Kerjakova 90 dəqiqə şans verdim. Komandada əsas oyunçu yoxdu".
Fanat.az