Kanales Çilidə də "susmur"

Kanales Çilidə də "susmur"
Ötən mövsüm Premyer Liqanın bombardiri olan Nikolas Kanalesin Çilidə klubunu dəyişməsi barədə xəbər vermişdik. Belə ki, "Neftçi"nin sabiq üzvü "Kolo-Kolo" klubu tərəfindən "Santiaqo Vanderers"ə icarəyə verilib.
Fanat.az xəbər verir ki, Kanales artıq yeni klubunda qol hesabını açıb. Belə ki, ilk iki oyununda fərqlənə bilməyən forvard "Kobreloa" və "Palestino" ilə qarşılaşmalarda rəqib qapısına yol tapıb. Maraqlıdı ki, hər iki matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Kanales ötən mövsüm 26 qolla Premyer Liqanın bombardiri olub (31 oyun). O, həmçinin kubokda 1 (5 oyun), avrokubloklarda 3 (12 oyun) qol vurub. Cari mövsümün ilk yarısını "Kolo-Kolo"da keçirən hücumçu 8 oyunda 3 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər