Kamil "Haladaş"da

Kamil "Haladaş"da
"Rəvan"dan ayrılan daha bir futbolçunun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, Kamil Kopunek karyerasını Macarıstan çempionatında davam etdirəcək. Belə ki, slovakiyalı yarımmüdafiəçi "Haladaş" klubuna keçib.
Qeyd edək ki, Kamil "Rəvan"a yanvarda Slovakiyanın "Slovan" klubundan gəlmişdi. Ölkəmizdə 14 oyun keçirən 30 yaşlı yarımmüdafiəçi 1074 dəqiqə oynayıb. Əvvəllər vətənində "Spartak", Rusiyada "Saturn" (Moskva) və İtaliyada "Bari" klublarının formasını geyinmiş futbolçu Slovakiya millisində 17 oyun keçirib və 2 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər