Kalonas İsraildə 4 qol vurub

Kalonas İsraildə 4 qol vurub
"Bakı"nın sabiq üzvü Mindauqas Kalonas İsraildə qol hesabını açıb. Fanat.az xəbər verir ki, ötən mövsümün ikinci yarısında "Simurq"a icarəyə verilsə də, Zaqatala klubundan qısa müddət sonra ayrılan litvalı forvard Hayfa "Hapoel"inin heyətində keçirdiyi 6 oyunda 4 qola imza atıb.
Hayfanın "Toto Kuboku"nda keçirdiyi 5 oyunda meydana çıxan və 310 dəqiqə oynayan forvard 3 qol vurub. O, bu turnirdə "Bney Saknin", "Hapoel" (Akre) və "Makkabi"nin (Petax Tikva) qapısına yol tapıb.
İsrail çempionatının ilk turunda isə onun komandası Akre "Hapoel"inin qonağı olub. Start heyətində yer alan Kalonas 60-cı dəqiqədə hesabı açıb və 90 dəqiqə oynayıb. Rəqib bundan sonra bir qol vuraraq hesabı bərabərləşdirib və matç heç-heçə yekunlaşıb - 1:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər