Kadırov bu dəfə hakimi və şərhçini ittiham etdi

Kadırov bu dəfə hakimi və şərhçini ittiham etdi
Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən ÇSKA - “Terek” (1:0) qarşılaşmasından sonra hakimin və oyunu şərh edən jurnalistin ünvanına ittihamlar səsləndirib. Fanat.az xəbər verir ki, “Terek”in fəxri prezidenti "Instaqram" səhifəsində yazdığı statusda hakimi və şərhçini tərəfkeşklikdə qınayıb:
"Hörmətli, dostlar! Hakim hələ ilk yarıda “Terek”in futbolçularına yersiz sarı vərəqələr verirdi. İkinci hissədə isə Komorovskiyə birbaşa qırmızı vərəqə göstərdi. Ancaq həmin epizodda sarı ilə də kifayətlənmək olardı. “Terek” azlıqda qaldıqdan sonra da inamla mübarizə apardı. Oyunun şərhçisi isə açıq şəkildə “Terek”ə antipatiyasını ortaya qoyurdu. Belə olmaz. Onun vəzifəsi oyun şərh etmək idi, daha hansısa komandaya azarkeşlik etmək yox. Növbəti dəfə qeyd etməliyəm, hakimliklə bağlı problem həllini tapmayana qədər, Rusiya futbolu dünya standartları səviyyəsinə yüksələ bilməyəcək”.
Qeyd edək ki, ÇSKA - "Terek" qarşılaşmasının baş hakimi Vladislav Bezborodov olub. Oyunu “Rossiya-2” telekanalında Roman Turşeçkin şərh edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər