Jerve Martel: "Deyə bilməzsiniz ki, Hafiz Məmmədov sözünü tutmur"

Jerve Martel: "Deyə bilməzsiniz ki, Hafiz Məmmədov sözünü tutmur"

Fransanın "Lans" klubunun prezidenti Jerve Martel yenidən yerli medianın diqqət mərkəzinə düşüb. Fanat.az xəbər verir ki, fransız jurnalistlərlə görüşən klub başçısı şayiələrə yol verməmək üçün bu addımı atdığını bildirib.

- Axı demişdiniz ki, "sular durulmayanadək" danışmayacaqsınız. İndi buna nə lüzum var?

- İstəmirəm ki, hadisələri hər kəs öz interpretasiyasında işıqlandırsın. Heç kimlə danışmaqdan imtina etməmişəm. Bir dəfə tam həqiqəti danışdım və mənə "yalançı" deyildi. Artıq üç dəfə "yanmışam".

- Bunu başa düşünürsünüz ki, hər dəfə "pul gələcək" dedikdə nüfuzunuza xələl gətirirsiniz?

- Bəli, gözəl dərk edirəm ki, nüfuzdan düşmüşəm. Ancaq mən yalan danışmamışam. Əlimdə sübutlarım da var. Bunu da anlayıram ki, fanatlar mənə etibar etmirlər, şübhələnirlər. İndi ancaq lazım olan addımları atmaqla etimadı geri qaytara bilərik.

- Üzərinizdə "qəzəb küləyi"ni hiss edirsiniz?

- İstəyirəm ki, insanlar inamı itirməsinlər. Məni bu gün ən çox narahat edən idman nəticələridi. Klubda çalışanlar, futbolçular böyük işlər görürlər. Ancaq başa düşürük ki, əlimizdəki vəsaitlə uzun müddət duruş gətirə bilmərik. Hər halda mövsümün sonunadək bu vəsait çatan deyil. Ancaq "Lans"ın maliyyə gələcəyi ilə bağlı narahatlığım yoxdu.

- Buna baxmayaraq, hesabınıza hələ də pul köçürülməyib. Çempionatı başa vura bilməyəcəyinizlə bağlı xeyli futbol funksioneri bədbin fikirlər söyləyiblər.

- Bu, onlarınn mövqeyidi. Bizim müflis olacağımızı söyləyənlər iş prosesimizdən bixəbər insanlardı.

- Ancaq klubun sahibi verdiyi vədlərə əməl etmir...

- Hafiz Məmmədov olmasaydı "Lans" Liqa-1-də mübarizə apara bilməzdi. O, klubumuza 20 milyon avro yatırım edib. Siz deyə bilməzsiniz ki, Məmmədov sözünü tutmur. Klubumuzun sahibi daim bizə qayğı göstərir.

- Bəs gözlədiyiniz 40 milyon? Bu məbləği 30 oktyabradək, yoxsa 14 yanvaradək alacaqsınız?

- Hafiz Məmmədovun Azərbaycanda şəxsi problemləri var. Lakin bu, bizim dostluğumuza xələl gətirmir. Onunla tez-tez telefon əlaqəsində oluram, problemləri həll etməyə çalışdığını bildirir. Ancaq həmin problemlərin nədən ibarət olduğunu bilmirəm.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər