Çixradze: "İdman xoşbəxtliyi onun yanında deyildi"

Çixradze: "İdman xoşbəxtliyi onun yanında deyildi"
Georgi Çixradze "Bakı" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi müdafiə xəttindən narazı qalıb:
"Oyuna pis başladıq. Çoxlu səhvlər buraxdıq, qapımızda ardıcıl iki qol gördük. Rəqib ikinci hissəni azlıqda keçirsə də, oyunun əvvəlində buraxdığımız səhvlər ucbatından qalib gələ bilmədik. İkinci hissədə özümüzə gəldik, qollardan birinin əvəzini çıxdıq. Lakin ardını gətirə bilmədik. Hər bir futbolçu səhv edə bilər. Müdafiə xətti çox zəif oyun göstərdi. Tural Axundovda xeyli səhvlər oldu. Amma deyərdim ki, bu gün idman xoşbəxtliyi Turalın yanında deyildi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər