Çixradze müdafiəçiləri günahkar çıxartdı

Çixradze müdafiəçiləri günahkar çıxartdı

George Çixradze "Neftçi" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi müdafiə xəttini günahlandırıb:

"Hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə qollar buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər