İspaniya millisinin və “Barselona”nın qapıçısı Viktor Valdes 2014-cü il dünya çempionatında iştirak edə bilməyəcək. Fanat.az xəbər verir ki, 32 yaşlı qolkiper ölkə çempionatının XXX turunda “Selta” ilə oyun zamanı zədələnərək, uzun müddətə sıradan çıxıb.
24-cü dəqiqədə zədələnən Valdes meydanı xərəkdə tərk edib. Dərhal xəstəxanaya çatdırılan təcrübəli qapıçıya sağ dizinin ön çarpaz bağlarında qırıq diaqnozu qoyulub. O, cərrahi müdaxiləyə məruz qaldıqdan sonra uzun müddətli bərpa prosesi keçməli olacaq.
Qeyd edək ki, Viktor Valdes İspaniya millisinə 2010-cu ildə cəlb olunub. O, həmin il dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu titulunu qazanıb.
Fanat.az