İspaniya darmadağın etdi, İngiltərə 2 qola sevindi

İspaniya darmadağın etdi, İngiltərə 2 qola sevindi
AVRO-2016-nın seçmə mərhələsinin oyunları davam edir. Fanat.az xəbər verir ki, dünən startı verilən mərhələ çərçivəsində bu gecə 9 matç baş tutub.
Bu dəfə C, E və G qrupunun təmsilçiləri meydana çıxıb. C qrupunda son dünya çempionatının uğursuzu İspaniya Makedoniyanı darmadağın edib - 5:1. Slovakiya səfərdə Ukraynanı 1:0 hesabı ilə yenib - 0:1. Lüksemburq - Belarus oyununda qalib müəyyənləşməyib - 1:1.
E qrupuda İngiltərə səfərdə İsveçrəni, Litva San-Marinonu 2:0, Sloveniya Estoniyanı 1:0 hesabı ilə məğlub edib.
G qrupunda yer alan Rusiya Lüksemburqu qəbul edib. Sentyabrın 4-də millimizi darmadağın edən (4:0) ruslar "cırtdan ölkə"yə də eyni aqibəti yaşadıb - 4:0. İki avtoqolun vurulduğu oyunda Rusiya bir penalti qoluna sevinib. Qrupan digər oyunlarına gəlincə, Çernoqoriya Moldovanı 2:0 hesabı ilə udub, Avstriya - İsveç matçı 1:1 hesabı ilə başa çatıb.
AVRO-2016
Seçmə mərhələ
8 sentyabr
C qrupu
23.45 Lüksemburq - Belarus 1:1
Qollar: Lars Qerson, 42 - Stanislav Draqun, 78.
23.45 İspaniya - Makedoniya 5:1
Qollar: Serxio Ramos, 16-pen. Pako Alkaker, 17. Serxio Buskets, 45+3. David Silva, 50. Pedro Rodriges, 90+1 - Agim İbraimi, 28-pen.
23.45 Ukrayna - Slovakiya 0:1
Qol: Robert Mak, 17.
 
E qrupu
23.45 Estoniya - Sloveniya 1:0
Qol: Ats Purye, 86.
Qırmızı vərəqə: Dalibor Stevanoviç, 79 (Sloveniya).
23.45 San Marino - Litva 0:2
Qollar: Deyvidas Matuleviçius, 5. Arvidas Novikovas, 36.
23.45 İsveçrə - İngiltərə 0:2
Qollar: Danni Velbek, 58; 90+4. 
G qrupu
21.00 Rusiya - Lixtenşteyn 4:0
Qollar: Martin Büxel, 4 (avtoqol). Frans Burqmeyer, 50 (avtoqol). Dmitri Kombarov, 54-pen. Artem Dzuba, 65.
23.45 Avstriya - İsveç 1:1
Qollar: David Alaba, 7-pen - Erkan Zengin, 12.
23.45 Çernoqoriya - Moldova 2:0
Qollar: Vukaşin Poleksiç, 45+3. Zarko Tomaşeviç, 73.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər