25 yaşlı iranlı qadın voleybola baxdığına görə həbs olunub. Fanat.az xəbər verir ki, Qönçə Qavami iyunun 20-də keçirilən kişilərdən ibarət İran və İtaliya millilərinin oyununa baxmaq üçün idman kompleksinə daxil olub.
Bu addımı ona həbsi bahasına başa gəlib. Qönçə Qavami 2 ay müddətinə həbs olunub. Onu Evin həbsxanasının birnəfərlik kamerasında saxlayıblar. Həmin həbsxanada əsasən siyasi məhbuslar və jurnalistlər saxlanılır.
Qeyd edək ki, İranda qadınlara idman yarışlarını tribunadan izləmək qadağandır. Qavami İngiltərədə hüquq təhsili alıb və bu qanunların ləğv olunması üçün mübarizə aparır.
Fanat.az