İran qadın idmançıların cinsiyyətini yoxlayır

İran qadın idmançıların cinsiyyətini yoxlayır
İranda qadın idman klublarında cinsiyyət yoxlama prosesinə start verilib. Fanat.az xəbər verir ki, yoxlama işləri ilk olaraq qadın futbol klublarında aparılır. Artıq 7 cüt cinsiyyətli (hermafrodit) idmançı aşkarlanıb və klblarından kənarlaşdırılıb.
İran Futbol Federasiyasının Tibb Komitəsi ölkə çempionatında çıxış edən klubların qadın idmançılarla müqavilədən əvvəl onları cinsiyyət testindən keçirməli olduğunu açıqlayıb. Ölkənin rəsmi xəbər agentliyi İRNA-ya açıqlama verən qurumun rəhbəri Əhməd Haşimiyan güvənli bir həkimin verdiyi arayışın yoxlanılmasından sonra klubla futbolçu arasında müqavilə imzalanmasına icazə veriləcəyini bildirib.
Haşimiyan klublarından uzaqlaşdırılan 7 cüt cinsiyyətli futbolçunun cərrahiyyə əməliyyatı ilə problemlərini həll etdikdən sonra klublarına qaytarılacaqlarını deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər